• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Moskvada güclü leysan yağışları fəsadlar törədib

CƏMİYYƏT

13 Iyun 2026 | 22:14 | Müəllif: Əli Hüseynov

Moskvada güclü leysan yağışları fəsadlar törədib

Moskvada güclü leysan yağışları yağıb.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə gündür 30 dərəcədən yuxarı isti hava şəraitinin müşahidə olunduğu Rusiya paytaxtını qəfil yağışlar bürüyüb.

    Güclü yağıntı nəticəsində şəhərin mərkəzində yerləşən Kutuzov prospektini su basıb.

    Nəticədə çoxsaylı avtomobillər yollarda su altında qalıb, bəzi ticarət mərkəzlərini də su basıb.

    Şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

    İldırımla müşayiət olunan güclü yağış səbəbindən Moskva şəhəri və Moskva vilayətində narıncı təhlükə səviyyəsi elan edilib.

    Əlverişsiz hava şəraiti ilə əlaqədar 300 briqada və 290 texnika şəhər küçələrində növbətçiliyə cəlb olunub.

    Moskva şəhər xidmətləri gücləndirilmiş iş rejiminə keçib və yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026