q
  • Bakı 18° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bakıda DƏHŞƏTLİ QƏZA: "Hyundai" və "Lexus" toqquşdu - FOTO

HADİSƏ

14 May 2026 | 15:52

Bakıda DƏHŞƏTLİ QƏZA: Hyundai və Lexus toqquşdu - FOTO

Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.

Xilasedicilər tərəfindən "Lexus" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:58

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə tunelin girişində "Hyundai Santa Fe" markalı avtomobil "Lexus" markalı maşınla toqquşub.

Qəza nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur./oxu.az


SON XƏBƏRLƏR