Mingəçevirdə avtomobil piyadanı vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Belə ki, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 36 yaşlı piyada Vüsal Əliyevi vurub.
Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



