• Bakı 28° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Zaqatalada minik avtomobilləri toqquşdu: yaralılar var

HADİSƏ

11 Iyul 2026 | 23:32

Zaqatalada minik avtomobilləri toqquşdu: yaralılar var

Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, qəza saat 22:00 radələrində Zaqatala şəhərinin girişində, Faiq Əmirov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə zamanı üç nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda xəsarət alan şəxslərin müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmaya başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR