Şahbuzda avtomobil aşıb, 76 yaşlı qadın ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Şahbuz-Batabat magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı "VAZ-21013" markalı avtomobil aşıb. Nəticədə Şahbuz rayonunun Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Cəlilova Əsli Cəlil qızı həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



