• Bakı 28° C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

“Məkkə anlaşması” regionda güc balansını dəyişəcəkmi? - ŞƏRH

SİYASƏT

10 Avqust 2026 | 16:56

“Məkkə anlaşması” regionda güc balansını dəyişəcəkmi? - ŞƏRH

Xəbər verildiyi kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında uzun müddətdir müzakirə olunan "Məkkə Anlaşması" rəsmi olaraq imzalanaraq qüvvəyə minib. Sənəd Məkkədə keçirilən üçtərəfli görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən təsdiqlənib. Anlaşmanın əsas məqsədi üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirmək, hərbi təlimləri koordinasiya etmək və regional təhlükələrə qarşı birgə fəaliyyət göstərməkdir.

Sənədə əsasən, iştirakçı ölkələrdən birinə silahlı hücum olacağı təqdirdə bu vəziyyət digər tərəflərin təhlükəsizliyinə də təhdid kimi qiymətləndiriləcək. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, "Məkkə anlaşması" ilk növbədə Türkiyə və Pakistan üçün Yaxın Şərq regionunda böyük təsir imkanları və üstünlüklər deməkdir.

Onun spzlərinə görə, regionda təsir gücünü artıran Türkiyə hətta Fələstin probleminin həlli istiqamətində də fəallığını artıra bilər:

"Həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan kollektiv müdafiə xarakterli bu saziş Azərbaycanın geosiyasi mövqeyini gücləndirə, Yaxın Şərqdən Cənubi Asiyaya və Qafqaza uzanan təhlükəsizlik oxuna töhfə verə, eləcə də qardaş ölkələrlə hərbi-strateji əməkdaşlığı və regional sabitliyi dəstəkləyə bilər".

Tural İrfan: Yaranacaq sülh və təhlükəsizlik mühiti Cənubi Qafqazda nəqliyyat və iqtisadi layihələrin təhlükəsizliyini artırır

T.İrfanın dediyinə görə, sazişin əsasını təşkil edən ortaq müdafiə prinsipi regional təhdidlərə qarşı ümumi təhlükəsizlik çətiri yaradır ki, bu da qardaş ölkələrin sırasına Səudiyyə Ərəbistanının da daxil olması deməkdir:

"Azərbaycanın strateji müttəfiqi Türkiyə və yaxın tərəfdaşı Pakistanın bu ittifaqda yer alması ölkəmizin xarici siyasət və təhlükəsizlik xəttini tamamlayır. Sənədin digər regional dövlətlərin qoşulmasına açıq olması gələcəkdə Qafqaz regionuna da təhlükəsizlik zəmanətləri şamil etmək imkanlarını gündəmə gətirir. Yaranacaq sülh və təhlükəsizlik mühiti Cənubi Qafqazda nəqliyyat və iqtisadi layihələrin təhlükəsizliyini artırır. İslam dünyasının aparıcı dövlətləri ilə dərinləşən hərbi-texniki və kəşfiyyat əməkdaşlığı Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir".

"Ümumiyyətlə, bu sazişə qoşulan ölkələrin hər biri ilə Azərbaycan arasında sıx əlaqələrin və dərin münasibətlərin inkişafı gözlənilir", - deyə Tural İrfan vurğulayıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026