"TRIPP kimi layihələrdə müxtəlif tərəflər var, əsas danışıqlar Ermənistan və ABŞ arasında keçirilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, ABŞ-dən olan tərəfdaşlar Azərbaycan tərəfini mütəmadi məlumatlandırır:
“Bu çox təbiidir. Çünki Azərbaycanın iştirakı olmadan bu layihənin icrası mümkünsüzdür”.















