• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ukraynadan Tatarıstana PUA hücumu: 13 ölü, 48 yaralı - YENİLƏNİB

DÜNYA

10 Avqust 2026 | 13:26 | Müəllif: Əli Hüseynov

Ukraynadan Tatarıstana PUA hücumu: 13 ölü, 48 yaralı - YENİLƏNİB

Ukraynanın Tatarıstana PUA hücumu nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti yaralıların sayının 48 nəfərə çatdığını da açıqlayıb.

    Yaralılar xəstəxanalara yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilir.

    ***

    11:07

    Nijnekamska (Tatarıstan) pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.

    Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

    Respublika rəhbəri Rustəm Minnixanovun qərarı ilə Tatarıstanda matəm elan edilib.

    ***

    10:42

    Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.

    Bakıvaxtı.az xəbər verir ki, Tatarıstan rəhbərinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ukrayna Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirib, ölənlər var.

    Mətbuat xidmətindən həlak olanlarla bağlı Tatarıstanda matəm elan edildiyi bildirilib.

    Mətbuat xidmətinin məlumatına görə, Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Nijnekamska PUA hücumunda həlak olanların xatirəsinə matəm günü elan olunub.

    ***

    09:56

    Tatarıstanın Aşağı Kamensk, Naberejnıye Çelnı, Yelabuga, Çistopol və Zainsk şəhərlərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı elan edilmiş təhlükə rejimi ləğv olunub.

    Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.

    Nazirlik adıçəkilən 5 şəhərdə PUA təhlükəsinin aradan qaldırıldığını bildirib.

    Zeynəb Rzayeva


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR