• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Medvedçuk: Dünya Zelenskidən bezib

DÜNYA

09 Sentyabr 2026 | 11:49 | Müəllif: Gülşən Şərif

Medvedçuk: Dünya Zelenskidən bezib

Hamıdan pul dilənən siyasətçi heç bir nüfuza və ya etibara malik olmayacaq.

Bakıvaxtı.az "NTV"yə istinadən xəbər verir ki, bunu "Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.

O, bildirib ki, Avropada Kiyev rejiminə maliyyələşdirmənin dayandırılmasını tələb edən səslər daha çox artıb:

"NATO sammitindən əvvəl beynəlxalq təşkilat olan "Pew" Araşdırma Mərkəzi fevral-may ayları arasında 37 ölkədə apardığı və 45.658 respondenti əhatə edən sorğunun nəticələrini açıqlayıb. Nəticələrə görə, respondentlərin 52%-i Zelenskiyə etibarsızlıq göstərib, həm Qərbdə, həm də Qlobal Cənub ölkələrində etibarın azalması qeydə alınıb. 15 ölkədə respondentlərin əksəriyyəti ona etibar etmir".

Medvedçuk qeyd edib ki, ABŞ-ni müttəfiq kimi itirən Zelenskinin Ukraynası artıq Almaniya, Fransa və İtaliyanı itirməyə başlayı. Bu isə Kiyev rejiminin Avropa vəsaitlərini itirməsinə bərabərdir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026