Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” təşkilatının təsisçilərindən biri, ictimai xadim Əlibala Əsgərov vəfat edib.
Bakıvaxtı.az Aktual.ge-yə istinadən xəbər verir ki, o, avqustun 9-u axşam saatlarında dünyasını dəyişib.
70 yaşlı Ə.Əsgərovun uzun sürən xəstəlikdən həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb.
Bakı 



