• Bakı 29° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Kartlara mədaxil limitlərinə yenidən baxıla bilər

CƏMİYYƏT

10 Avqust 2026 | 12:43

Kartlara mədaxil limitlərinə yenidən baxıla bilər

“Limitlər bu və ya digər formada, müştərilərin risk profillərinə uyğun hər zaman tətbiq edilib və bu təcrübə digər dövlətlərdə də tətbiq edilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu kartlara mədaxil limitləri ilə bağlı apa-ya müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov deyib.

Onun sözlərinə görə, hazırkı umumi limitlər baza xarakterlidir və banklar öz risk qiymətləndirmələrə uyğun fərqli müştərilərə fərqli yanaşma tətbiq edirlər.

Y.Abdulov bildirib ki, ümumən, məqsəd rəqəmsal ödəniş ekosistemində risk əsaslı yanaşmanın tətbiqi, ekosistemin və onda təmsil olunan subyektlərin dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsidir:

“Bu əsasda qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən və ekosistemin inkişaf tendensiyasına uyğun olaraq limitlərə yenidən baxılması, habelə alternativ tədbirlərin görülməsi istisna edilmir”.

Xatırladaq ki, avqustun 1-dən etibarən Azərbaycanda ödəniş alətləri üzrə mədaxil əməliyyatlarına gündəlik və aylıq limitlərin tətbiqinə başlanılıb. Yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 mədaxil əməliyyatı həyata keçirilə bilər. Aylıq mədaxil limiti isə 20 min manat müəyyən edilib. Qeyd olunur ki, məhdudiyyət vəsaitin kartdan çıxarılmasına və kartdan-karta köçürmələrə şamil edilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026