Britaniya mətbuatının Kriştiano Ronaldo və Corcina Rodrigesin toyunun avqustun 8-də Madeyranın Funşal şəhərində keçiriləcəyi barədə yaydığı xəbərlər fanatları hərəkətə keçirib.
Bakıvaxtı.az xəbər verir ki, ötən şənbə günü Funşal Kafedralının qarşısına təxminən 2 min insan toplaşıb. Fanatlar telefonlarını əllərində tutaraq Ronaldonun toy mərasimini lentə almağa çalışıblar.
Lakin sonda məlum olub ki, gözlənilən gəlin Corcina Rodriges deyil. Kilsədə Nikol adlı qızın Fabio adlı şəxslə toy mərasimi keçirilib. Beləliklə, Ronaldonun toyunu görmək üçün Madeyraya gələn fanatlar böyük məyusluq yaşayıblar.
Ronaldonun toyunun keçirilməsi ilə bağlı sosial şəbəkələrdə də çoxsaylı saxta məlumatlar yayılıb. Süni intellektlə hazırlanmış foto və videolarda Lionel Messi, Neymar, Kilian Mbappe və Lamin Yamalın guya mərasimdə iştirak etdiyi göstərilib.
Hazırda Kriştiano Ronaldo və Corcina Rodrigesin toyunun nə vaxt və harada keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.
Bakı 



