Son dörd mövsümdür Super Liqa titulunu qazanan “Qalatasaray” transfer pəncərəsində ən sakit komanda olub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Premyer Liqaya düşən komanda olan “Burnley”-dən 22 yaşlı fransız yarımmüdafiəçisi Lesli Uqoçukvunun transferi ilə heyətini gücləndirən sarı-qırmızılılar, mərkəz müdafiəçisi, hücum yarımmüdafiəçisi, cinah yarımmüdafiəçisi və hücumçu transferində gecikiblər.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Porto”nun 19 yaşlı hücum yarımmüdafiəçisi Rodrigo Mora ilə müqavilə imzalamaq istəyirdi. “Qalatasaray” və “Porto” Mora üçün icarə müqaviləsi bağlamağa yaxın olarkən, Roma müdaxilə edərək “Qalatasaray”ın bütün planlarını pozdu.
Məlumata görə, Roma Rodrigo Mora üçün “Porto”ya 25 milyon avro təklif edib. Bu təklif “Porto” tərəfindən çox aşağı hesab edilərək rədd olunub.
Romanın Mora üçün “Porto”ya daha bir təklif verməsi gözlənilir. İtaliya mətbuatında yer alan xəbərlərə görə, Roma Rodrigo Mora ilə müqavilə imzalamaq yarışında “Qalatasaray”ı geridə qoyub.
Murad Məmmədli
Bakı 



