• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda iki vəkilə hökm oxundu

CƏMİYYƏT

09 Avqust 2026 | 13:52 | Müəllif: Gülşən Şərif

Azərbaycanda iki vəkilə hökm oxundu

Gəncə Şəhər Məhkəməsində iki vəkil barəsində cinayət işi üzrə hökm elan edilib.

Bakıvaxtı.az “Gununsesi.info”ya istinadla xəbər verir ki, Tovuz Vəkil Bürosunun vəkilləri – Rəşad Tapdıq oğlu Abdullayev və Süleyman Hüseynqulu oğlu Əliyev barəsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Rəşad Abdullayev 3 il 7 ay müddətinə, Süleyman Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə bağlı olub.

Bildirilir ki, cinayət işi üzrə iki il müddətində istintaq aparılıb. Daha sonra iş materialları məhkəməyə göndərilib və Gəncə Şəhər Məhkəməsində baxılaraq hökm çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR