PISA 2025-in təbiət elmləri üzrə nəticələrinə əsasən, Bakı (Azərbaycan) 440 balla (▲ 60) 47-ci pillədə qərarlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı çıxışında deyib.
Nazir bildirib ki, təqdim olunan cədvələ əsasən, 92 ölkə və regiondan 13-ü ötən dövrdə iştirak etməmiş, 35 ölkədə irəliləyiş, 43 ölkədə isə geriləmə müşahidə olunmuşdur.
Onun sözlərinə görə, təbiət elmləri üzrə İƏİT ortalaması 482 bal təşkil edir.
Emin Əmrullayev qeyd edib ki, siyahının liderləri arasında 597 balla ilk sıralarda yer alan ölkələr yüksək nəticələr nümayiş etdiriblər.
Zeynəb Rzayeva
















