• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bu universitetin bufetindəki qiymətlər TƏƏCCÜBLƏNDİRDİ 

CƏMİYYƏT

08 Oktyabr 2026 | 11:10 | Müəllif: Zeynəb Rzayeva

Bu universitetin bufetindəki qiymətlər TƏƏCCÜBLƏNDİRDİ

Bakı Ali Neft Məktəbinin (BANM) bufetində tələbələr üçün təqdim olunan yeməklərin qiymətləri açıqlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rektor Elmar Qasımov sosial şəbəkə hesabında paylaşım edib. 

Paylaşımda göstərilən menyuya əsasən qiymətlər belədir: 

Şorba, qarnir, əsas yemək və salatın hər biri 1,50 manat
Kişmişli keks – 0,50 manat
Türk paxlavası – 0,80 manat
Darçınlı keks – 0,60 manat
Müxtəlif tortlar – 1 manat
Bulka cemli – 0,60 manat
Ekler – 1 manat
İsti içkilər arasında çay fincanı 0,20 manat, çay çaynikdə 1 manat, qəhvə fincanı 0,60 manat, kapuçino isə 0,70 manat müəyyənləşdirilib.
Soyuq içkilərin (bakalla) qiyməti isə 0,50 manat göstərilib.

Elmar Qasımov paylaşımında BANM bufetindəki qiymətləri “tələbə dostu yemək qiymətləri” kimi təqdim edib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026