İsrail “Sülh Şurası”nın Qəzza ilə bağlı hazırladığı 15 bəndlik sənədi qəbul etmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, HƏMAS tam şəkildə tərksilah edilməyənədək İsrail Müdafiə Ordusu Qəzzadan hər hansı formada geri çəkilməyəcək.
Netanyahu İsrailin Fələstin dövlətinin yaradılmasını da qəbul etmədiyini vurğulayıb:
“Baş nazir olduğum müddətdə nə Qəzzada, nə də İordan çayının qərb sahilində Fələstin dövləti olmayacaq. Nə FƏTH-in, nə də HƏMAS-ın rəhbərliyi altında”.
Baş nazir HƏMAS-ın tərksilah edilməsinin bütün silahların, o cümlədən ağır, orta və atıcı silahların ləğvini nəzərdə tutduğunu qeyd edib:
“Biz real tərksilahdan danışırıq, formal tərksilahdan yox”.
Bakı 



