• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İranda tanınmış din xadimi həbs edilib

DÜNYA

08 Sentyabr 2026 | 13:01 | Müəllif: Əli Hüseynov

İranda tanınmış din xadimi həbs edilib

İranın ali rəhbəri Müctəba Xaməneinin qardaşı Möhsün Xaməneinin qaynı, "Ənsari-Hizbullah" dini-siyasi təşkilatın ("Hizbullah"ın İran qolunun) baş katibi Məhəmməd Baqer Xərrazi həbs edilib.

Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, bunu İslam respublikası məhkəmə hakimiyyətinin mətbuat katibi Məhəmməd Kazemi bildirib.

Onun sözlərinə görə, bir sıra qurumların şikayəti və məhkəmənin qərarı əsasında Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluqda həbsdə saxlanılır: "O, həbs edilib və istintaq təcridxanasında saxlanılır".

Xatırladaq ki, bu ilin avqustunda Məhəmməd Baqer Xərrazinin saxlanılmasına dair məlumat yayılmışdı.

O, 1961-ci il iyunun 26-da İranın Qum şəhərində anadan olub. Bacısı Müctəba Xameneinin qardaşı Məsud Xameneinin həyat yoldaşıdır.

Məhəmməd Baqer Xərrazi İranın dövlət quruluşunu tənqid edərək açıq şəkildə bildirirdi ki, İslam Respublikası indiki formada "artıq işləmir". O, dövlət idarəçiliyi modelinin kökündən dəyişdirilməsinə çağırırdı. M.Xərrazinin başçılıq etdiyi təşkilat İranın bütün nazirlik və idarələrinin yenidən qurulması üçün ətraflı plan hazırladığını da vurğulayırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026