ABŞ prezidenti Donald Tramp keçmiş ABŞ prezidentləri Co Bayden və Barak Obamaya, eləcə də keçmiş Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintona qarşı məhkəmə iddiası qaldıra biləcəyini, lakin bunu etməmək qərarına gəldiyini açıqlayıb.
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, sözügedən prezidentlərə qarşı şansı var və onları məhkəməyə verə bilər. Lakin bunu etmək yersizdir. Çünki prezidentlik vəzifəsinə hörmətlə yanaşmaq lazımdır.
ABŞ prezidenti qeyd edib ki, ətrafındakı insanlar onu həmin şəxslərə qarşı hüquqi tədbirlər görməyə çağırıblar.
Gülşən Şərif
















