• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Litva Rusiya ilə sərhədə əsgərlər yerləşdirəcək

DÜNYA

08 Oktyabr 2026 | 10:05 | Müəllif: Gülşən Şərif

Litva Rusiya ilə sərhədə əsgərlər yerləşdirəcək

Litva ordusu sərhədçilərə kömək etmək üçün Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə 100-ə qədər hərbçi yerləşdirəcək.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Robertas Kaunas deyib.

Onun sözlərinə görə, ordu yaxın bir neçə həftə ərzində sərhəddə yerləşdiriləcək:

"Müdafiə Nazirliyinin qərarı Daxili İşlər Naziri Martynas Katelynasın Kalininqrad vilayəti ilə sərhəd boyunca təhlükəsizliyi gücləndirmək xahişinə cavab olaraq verilib. O, Müdafiə Nazirinə ünvanladığı müraciətdə bölgədəki ümumi təhlükəsizlik vəziyyətini nəzərə alaraq kömək istəməyə məcbur olduğunu bildirib. Daxili işlər naziri sərhədə qoşunların yerləşdirilməsini qabaqlayıcı tədbir adlandırıb".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026