• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İranda benzin iki dəfə bahalaşdı

DÜNYA

08 Sentyabr 2026 | 10:52 | Müəllif: Əli Hüseynov

İranda benzin iki dəfə bahalaşdı

İran hökuməti güzəştli kateqoriyaya aid olmayan benzinin qiymətini iki dəfə bahalaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 000 tümən (0.012397 manat - red.) təşkil edir.

Bildirilir ki, ilk iki tarifdə heç bir dəyişiklik edilməyib və müvafiq olaraq 1 500 (0.00186 manat - red.) və 3 000 tümən (0.003719 manat - red.) səviyyəsində saxlanılıb. Üçüncü tarif isə yanacaq kartındakı ilk iki limit bitdikdən sonra benzinin satıldığı limitdən kənar tarifdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026