• Bakı 11° C

    0.34 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Zelenski Trampla görüşəcək

DÜNYA

08 Sentyabr 2026 | 13:44 | Müəllif: Əli Hüseynov

Zelenski Trampla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr ayı ərzində ABŞ Prezidenti Donald Trampla görüş keçirməyi planlaşdırır.

Bakıvaxtı.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Kiyev özünün "Freya" raket proqramını hazırlayır və bu layihənin həyata keçirilməsində Vaşinqtonun dəstəyinə ümid edir.

V.Zelenski qeyd edib ki, Ukrayna avropalı tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bununla yanaşı, onun sözlərinə görə, hazırda Kiyevə ballistik raketlərin məhz ABŞ-dən tədarükü lazımdır.

Ukrayna Prezidenti bildirib ki, ehtimal olunan görüş zamanı bu məsələni Trampla müzakirə etməyi planlaşdırır: "Mən sentyabrın sonlarında Trampla görüşə ümid edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR