İsrail Britaniya Baş Konsulluğunun işçilərinin əksəriyyətinin Şərqi Qüdsü tərk edəcəyini və binanın Britaniya Missiyası kimi fəaliyyət göstərəcəyini açıqlayıb.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar açıqlama verib.
O, bildirib ki, 20 Britaniya diplomatı və baş konsul Konsulluğu tərk edəcək. Lakin yeddi diplomatdan ibarət qrup binada çox məhdud həcmdə işləyə biləcəklər.
Xatırladaq ki, Şərqi Qüdsdəki Britaniya Konsulluğu 1838-ci ildə təsis edilib və Britaniyanın Qüdslə, eləcə də Qərb Şəriyyəsi və Qəzza zolağındakı fələstinlilərlə münasibətləri nəzarətdə saxlayır.
Gülşən Şərif
















