• Bakı 28° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Ruslar Kinburnda tələyə düşdülər

DÜNYA

10 Avqust 2026 | 09:04

Ruslar Kinburnda tələyə düşdülər

Rusiya hərbçiləri Kinburn burnunda Ukrayna qüvvələrinin daimi atəşi altında qalırlar. Bundan əlavə, düşmən təchizatla bağlı ciddi problemlər yaşayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Odessa” operativ-taktiki qrupunun komandiri Denis Nosikov deyib.

Nosikovun sözlərinə görə, rusiyalılar Kinburn burnunda tələyə düşüblər:

"Lakin düşmən ehtiyat qüvvələri göndərməyə davam edir və yarımadanı nəzarətdə saxlamağa çalışır. Ukrayna hərbçiləri fiziki olaraq Kinburn burnunda yerləşməsələr də, ərazi onların atəş nəzarəti altındadır. Ukrayna bayrağı yarımadada dron vasitəsilə quraşdırılıb.

Bu istiqamətdə Rusiya tərəfinin əsas qüvvəsini 337-ci əlahiddə hücum alayı təşkil edir. O, sadəcə olaraq hücum alayı adlanır, çünki hazırda hər hansı hücum əməliyyatından ümumiyyətlə söhbət getmir.

Qısaca desək, Ukrayna qüvvələri tam üstünlüyə malikdir. Düşmən isə necə adlandırılmasından asılı olmayaraq, hazırda çox dərin müdafiə vəziyyətindədir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026