• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Putin kifayət qədər güzəştə gedə bilər

DÜNYA

09 Sentyabr 2026 | 08:16 | Müəllif: Subhan Mahmudov

Putin kifayət qədər güzəştə gedə bilər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Ukraynada hamı üçün “faydalı olacaq” sülhdən danışır. Lakin son diplomatik hadisələr o qədər də ümidverici görünmür.

Bakıvaxtı.az xəbər verir ki, bunu ingiltərəli siyasi ekspert, jurnalist Stüart Dauell bildirib.

“Bu, ukraynalıların öz dövlətçiliyinin mövcudluğu uğrunda mübarizə apardığı, Vladimir Putinin isə məhz bunu məhv etməyə çalışdığı bir müharibədir. Burada “hamı üçün qələbə” deyə bir şey yoxdur”, – o hesab edib.

Dauellin fikrincə, Moskva müəyyən güzəştlərə getməyə hazırdır. Çünki İranda aydın diplomatik irəliləyişə nail olmaq getdikcə çətinləşdiyindən, Trampa diplomatik uğur lazımdır:

“Putin prosesi davam etdirmək üçün kifayət qədər güzəştə gedə bilər, lakin onun üçün əhəmiyyətli olan tələblərdən imtina etməz. Bu tələblər hələ də sərtdir. O, Ukraynanın ərazilərdən, o cümlədən hazırda Rusiyanın işğal etmədiyi torpaqlardan imtina etməsini, NATO-ya üzvlükdən vaz keçməsini, silahlı qüvvələrini məhdudlaşdırmasını və “denasifikasiya” ilə razılaşmasını, yəni Moskvaya hesabat verən hökumətin formalaşdırılmasını istəyir. Onun daha geniş tələbləri NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun 1997-ci ilin may ayındakı səviyyəyə qədər azaldılmasını nəzərdə tutur”, – deyə o xatırladıb.

Onun sözlərinə görə, Ukraynanın müdafiə imkanlarını məhdudlaşdıran razılaşma, ABŞ-ın prosesə daha az cəlb olunması ilə birlikdə, Vaşinqtonla Moskva arasında təsir dairələrinin bölüşdürülməsinə dair gizli razılaşma olmasa belə, Putinin məqsədlərinə çatmasına şərait yarada bilər./Axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026