• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb

DÜNYA

08 Oktyabr 2026 | 22:32 | Müəllif: Subhan Mahmudov

Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb

Moskva hava limanlarında həm gəliş, həm də gediş üzrə təxminən 250 reys təxirə salınıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ostorojno, Moskva” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, cədvəl dəyişiklikləri ən çox Vnukovo hava limanında qeydə alınıb – burada 113 reysdə gecikmə baş verib. Şeremetyevoda 80, Domodedovoda isə 50 reys gecikir. Ümumilikdə 243 reys (172 gəliş və 71 gediş) qrafikdən geri qalır.

Qeyd olunur ki, bəzi reyslərin vaxtı növbəti günə dəyişdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026