• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Çində 15 mindən çox sakin təxliyə edilib - BU SƏBƏBDƏN

DÜNYA

09 Sentyabr 2026 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

Çində 15 mindən çox sakin təxliyə edilib - BU SƏBƏBDƏN

Çinin şərqindəki Ciansi əyalətində baş verən torpaq sürüşmələri və palçıq axınına görə 15 mindən çox sakin təxliyə edilib.

Bakıvaxtı.az əyalətin fövqəladə hallarla mübarizə qərargahına istinadla xəbər verir ki, sentyabrın 5-də Suyçuan rayonunun Minken kəndində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 12-yə çatıb, bir nəfər hələ də itkin hesab olunur.

Bir neçə gün davam edən leysan yağışlardan sonra rayonun Cuoan və Tanhu şəhərlərində baş verən torpaq sürüşmələrindən sonra bir nəfərin öldüyü, 2 nəfərin isə itkin düşdüyü bildirilib.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları, yolların möhkəmləndirilməsi və təkrar baş verə biləcək fəlakətlərin qarşısının alınması işləri davam edir.


Çində 15 mindən çox sakin təxliyə edilib - BU SƏBƏBDƏN
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR