• Bakı 14° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

SİYASƏT

09 Avqust 2026 | 21:41 | Müəllif: Əli Hüseynov

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın genişmiqyaslı müharibənin astanasında olduğunu hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Axel Springer" media konserninin idarə heyətinin sədri Mattias Döpfnerin podkastında danışıb.

O, son vaxtlar Ukraynada sülhə nail olmaq üçün kiminsə təşəbbüs göstərəcəyinə ümid etdiyini deyib.

"Bu baş vermədi və yaxın zamanda da baş verməyəcək. Bu isə o deməkdir ki, biz daha böyük müharibənin astanasındayıq", - Serbiya prezidenti vurğulayıb.

Vuçiç Ukraynadakı münaqişənin 2026-cı ildə başa çatacağını düşünmür.

"Mən bu il müharibənin bitəcəyini görmürəm, gələn yazdan əvvəl də müharibənin sona çatacağını düşünmürəm", - deyən prezident hazırkı vəziyyəti nəzərə alaraq kompromis qərarlar üçün imkan görmədiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026