• Bakı 30° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Bu marşrutlarla bağlı - QƏRAR

CƏMİYYƏT

09 Avqust 2026 | 20:52

Bu marşrutlarla bağlı - QƏRAR

Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə Nizami küçəsi arasındakı hissəsində aparılan təmir işləri ilə əlaqədar avqustun 10-da bir sıra marşrut avtobuslarının həmin ərazidə yerləşən dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, sərnişinlərin avtobuslara minib-düşməsi zamanı yarana biləcək çətinlik və narahatlıq nəzərə alınaraq 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar avqustun 10-da sözügedən dayanacaqlarda sərnişin götürüb-düşürməyəcək.

    Avqustun 11-dən etibarən həmin marşrutlar əvvəlki qaydada sərnişinlərə xidmət göstərəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR