• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Vens və Modi ABŞ-Hindistan əməkdaşlığını müzakirə ediblər

DÜNYA

09 Avqust 2026 | 10:52 | Müəllif: Gülşən Şərif

Vens və Modi ABŞ-Hindistan əməkdaşlığını müzakirə ediblər

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Hindistanın Baş naziri Narendra Modi iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Narendra Modi “X” hesabında paylaşım edib.

“Mənə ABŞ-nin vitse-prezidenti Cey Di Vens zəng etdi. Hindistan və ABŞ arasında əsas sahələrdə qlobal strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə etdik”, - Modi bildirib.

“The Times of India”nın məlumatına görə, tərəflər ticarət, müdafiə, texnologiya və faydalı qazıntılar sahəsində əməkdaşlığı da müzakirə ediblər.

Telefon danışığı ABŞ Senatının Rusiya neftinin ən böyük alıcıları olan beş ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul etməsindən sonra baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR