• Bakı 17° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Tiflisdə tramvay xətti bərpa edilir

DÜNYA

08 Sentyabr 2026 | 09:27 | Müəllif: Əli Hüseynov

Tiflisdə tramvay xətti bərpa edilir

Gürcüstanın paytaxtı Tiflisdə tramvay xətti yenidən bərpa olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tiflis meriyası məlumat yayıb.

Bildirilib ki, paytaxtda tramvay xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı Tiflis Nəqliyyat Şirkəti ilə Türkiyənin “EYE” Birgə Müəssisəsi arasında müqavilə imzalanıb.

Layihənin ümumi büdcəsi 287 milyon 654 min 321 lari təşkil edir. Xəttin uzunluğu təxminən 7,5 kilometr olacaq və marşrut üzrə 11 dayanacaq yerləşdiriləcək.

Layihə başa çatdıqdan sonra tramvay xətti Tiflisin vahid ictimai nəqliyyat şəbəkəsinə inteqrasiya ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026