Skopyedə keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda ilk yarış günü başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan yığmasının heyətindən yalnız bir cüdoçu ilk gündə medal qazanıb.
63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva üçüncü yer uğrunda görüşdə Rumıniya təmsilçisi Maya Adamaçiyə qalib gələrək turnirin bürünc medalına sahib olub.
Yarışın ikinci günündə Azərbaycanın daha 10 cüdoçusu tatamiyə çıxacaq.
Bakı 



