• Bakı 18° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

"Barselona" onun üçün 150 milyon avro tələb edir

İDMAN

08 Sentyabr 2026 | 00:15 | Müəllif: Subhan Mahmudov

"Barselona" onun üçün 150 milyon avro tələb edir

"Barselona" komandanın gənc istedadı Həmzə Əbdülkərimi heyətində saxlamaq üçün hərəkətə keçib.

Bakıvaxtı.az xəbər verir ki, Kataloniya təmsilçisi gələcək transfer təkliflərinin və digər klubların müdaxiləsinin qarşısını almaq məqsədilə 18 yaşlı misirli forvardın müqaviləsindəki xitam məbləğini 15 milyon avrodan 150 milyon avroya qaldırmağı planlaşdırır.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Qeyd edək ki, bu mövsüm "Barselona"nın əsas heyətində debüt edən gənc hücumçunun cari müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026