ABŞ-nin silah ehtiyatlarının azalması ölkənin Asiya və Avropadakı hərbi potensialını zəiflədib və Vaşinqtonun regiondakı müttəfiqləri ilə bağlı narahatlıqları artırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, silah arsenalının azalması ABŞ hərbçilərinin mənəvi vəziyyətinə və hərbi texnikanın texniki xidmətinə də mənfi təsir göstərə bilər.
Ehtiyatların azalması Pentaqonu bu regionlardan Yaxın Şərqə hərbi gəmilər, aviasiya və hava hücumundan müdafiə bölmələri yönləndirməyə məcbur edir.
ABŞ rəsmiləri hesab edirlər ki, bu yanaşma Yaponiya və Cənubi Koreyanın zərurət yarandığı halda Vaşinqtonun onları müdafiə etmək imkanlarına şübhə ilə yanaşmasına səbəb ola bilər.
Bakı 



