• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Odessa vilayətinə kütləvi hücum nəticəsində 8 nəfər yaralanıb

DÜNYA

09 Avqust 2026 | 10:17 | Müəllif: Gülşən Şərif

Odessa vilayətinə kütləvi hücum nəticəsində 8 nəfər yaralanıb

Rusiya qüvvələrinin Odessa vilayətinə gecə saatlarında endirdiyi kütləvi raket-dron zərbələri nəticəsində azı 8 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Rusiya tərəfindən bir neçə onlarla raket və pilotsuz uçuş aparatı istifadə olunub. Zərbələr nəticəsində infrastruktur obyektlərinə və yaşayış binalarına ziyan dəyib.

Ən çox dağıntı Odessa şəhərində qeydə alınıb. Şəhərin iki rayonunda bir neçə yaşayış binası zədələnib və qismən dağılıb.

Həmçinin sakinlərə məxsus avtomobillər məhv olub və ya yanğın nəticəsində zərər görüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026