Şəmkirdə bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
















