ABŞ Ordusu İrana hücum edərsə, Tehran qətiyyətli və çəkindirici cavab verə bilər.
Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi deyib.
"İrana Amerika hərbçisinin ayağı dəysə, onu kəsərik, düşmənin hər hansı addımına qətiyyətli və çəkindirici cavab verəcəyik", - Ə. Cahanşahi bildirib.
O, cənub-şərq bölgələri və Məkran sahillərində ordunun döyüş qabiliyyətinə baxış keçirib və vurğulayıb ki, hərbçilər istənilən təhdidin qarşısını ala bilərlər:
"Çevik reaksiya bölmələrinin və xüsusi təyinatlı qüvvələrin sərhəd bölgələrində təsirli iştirakı davamlı təhlükəsizliyin təmin olunmasına səbəb olub.
Silahlı qüvvələrin hazırlığı və İran xalqının döyüşçülərə dəstəyi düşmənlərin hesablamalarını iflasa uğradıb".
Bakı 



