• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Eyfel qülləsi işçiləri qadınlara görə tətilə başladılar

DÜNYA

08 Sentyabr 2026 | 16:14 | Müəllif: Günəş Mərd

Eyfel qülləsi işçiləri qadınlara görə tətilə başladılar

Eyfel qülləsi işçilərin tətili səbəbindən fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, tətilə səbəb hindu təşkilatı BAPS-dən olan nümayəndə heyətinin qülləyə səfəri zamanı qadın əməkdaşların müvəqqəti olaraq işdən uzaqlaşdırılması olub.

Məlumata görə, həmin gün qadın işçilərin vəzifələrini kişilər icra edib. Əməkdaşlar bu qərarı ayrı-seçkilik kimi qiymətləndirərək rəhbərliyə etiraz ediblər.

SETE şirkətinin rəhbəri Ariel Vayl bildirib ki, hindu nümayəndə heyəti səfər zamanı qadınlarla məhdud ünsiyyət tələb edib. BAPS isə yaranmış narahatlığa görə üzr istəyib və heç kimin Eyfel qülləsinə girişinin qadağan edilmədiyini açıqlayıb.

Paris meri Emmanuel Qrequar hadisə ilə bağlı araşdırma aparılacağını bildirib və qadın-kişi bərabərliyinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026