• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

DÜNYA

08 Oktyabr 2026 | 14:37 | Müəllif: Əli Hüseynov

Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Avropa Parlamentinin bugünkü plenar iclasında Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Hakim "Gürcü Arzusu" partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnaməni 445 deputat dəstəkləyib, 37 deputat əleyhinə səs verib, 97 deputat isə bitərəf qalıb.

Sənəddə Gürcüstanın müxalifət partiyalarının qadağan edilməsi cəhdləri qətiyyətlə pislənilib və siyasi birliklərə qarşı qaldırılmış konstitusiya iddiasının dərhal geri götürülməsi tələb edilib.

Bundan əlavə, qətnamədə Avropa İttifaqına və təşkilata üzv dövlətlərə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026