Rusiyanın İrkutsk vilayətindən Ermənistana taun xəstəliyinin keçməsinin qarşısını almaq məqsədilə komissiya yaradılıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan qərar imzalayıb.
Qərara əsasən, Rusiyanın İrkutsk vilayətindən Ermənistana taun xəstəliyinin gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə tədbirlərin qurumlararası əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb.
Ermənistan Səhiyyə Nazirliyinə də Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin iştirakı ilə komissiyanın təşkilati və texniki təminatını həyata keçirmək tapşırılıb.
















