• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Hərbçilərin məzarlarını çəkirdi, 14 il həbs cəzası aldı 

DÜNYA

08 Sentyabr 2026 | 16:51 | Müəllif: Günəş Mərd

Hərbçilərin məzarlarını çəkirdi, 14 il həbs cəzası aldı

Rusiyanın Yaroslavl Vilayət Məhkəməsi 48 yaşlı yerli sakini dövlətə xəyanətdə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmənin məlumatına görə, kişi 2024-cü ilin oktyabrından etibarən hərbi qulluqçuların dəfn olunduğu xatirə qəbiristanlığını mütəmadi ziyarət edib və oradakı məzarların gizli foto və videolarını çəkib.

İddia olunur ki, o, topladığı məlumatları Ukrayna kəşfiyyatının nümayəndələrinə ötürüb.

Məhkəmə əlavə olaraq ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.

Qeyd edək ki, hökm hələ qanuni qüvvəyə minməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026