• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Müctəba Xameneinin 5 aydan sonra ilk görüntüləri yayıldı

DÜNYA

09 Avqust 2026 | 14:40 | Müəllif: Gülşən Şərif

Müctəba Xameneinin 5 aydan sonra ilk görüntüləri yayıldı

İranda ali rəhbər vəzifəsinə təyin olunmasından beş ay sonra Müctəba Xameneinin ilk görüntüləri yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi “Mehr” məlumat yayıb.

Telegram kanalında yayımlanan görüntülərdə Müctəba Xameneinin bir neçə şəxsin əhatəsində oturaraq onlarla söhbət etdiyi görünür. Kadrlarda dini mərsiyə səsləndiyi üçün ali rəhbərin dediklərini eşitmək mümkün deyil. Görüntülərin çəkilmə tarixi açıqlanmayıb.

Qeyd edək ki, Müctəba Xamenei bu ilin əvvəlində İranın ali rəhbəri vəzifəsinə təyin olunub. O, fevralın 28-də Tehrandakı iqamətgahına endirilən raket-aviasiya zərbəsi nəticəsində atası, İranın əvvəlki ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra bu vəzifəni tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR