• Bakı 32° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb

DÜNYA

09 Avqust 2026 | 14:51

İranın ali rəhbəri Məsud Pezeşkianla görüşüb

Seyid Müctəba Hüseyni Xamenei ilə İran prezidenti ölkədəki vəziyyəti müzakirə edib

Bakıvaxtı.az-ın məlumatına görə, İranın ali rəhbərinin informasiya portalı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü açıqlayıb.

Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.

Görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin edilməsi, üçüncü məcburi müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki inkişaflar, maliyyə və enerji resurslarının təmin edilməsi və xərclərin – rial, valyuta və enerji üzrə – idarə olunması, həmçinin xarici tərəflərlə iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026