Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov Naqasaki prefekturasının qubernatoru Ken Hirata ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Yaponiyaya atom bombasının atılmasının 81-ci ildönümündə Naqasaki atom bombası qurbanlarını anım mərasimində ölənlərin xatirəsi ehtiramla yad olunub. Hələ də fəsadlardan əziyyət çəkən insanlara səmimi qəlbdən şəfa diləyirəm qubernator", - səfir yazıb.
Xatırladaq ki, ABŞ 9 avqust 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atom bombası atıb.
Bakı 



