• Bakı 17° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

General Ermənistan vətəndaşlığından imtina etdi

SİYASƏT

07 Sentyabr 2026 | 17:15 | Müəllif: Əli Hüseynov

General Ermənistan vətəndaşlığından imtina etdi

Respublika Silahlı Qüvvələrinin yaradılmasında öncülük edən SSRİ və Ermənistanın general-leytenantı Norat Ter-Qriqoryants ölkəsinin pasportundan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "İravunk" qəzetinə verdiyi müsahibədə bildirib.

"Konsulluğa gedib Ermənistan Respublikası pasportumu qaytardım. Onlar təəccüblə məndən soruşdular: Cənab Ter-Qriqoryants, nə edirsiniz?' Mən də cavab verdim: Ermənistanda hakimiyyətə bir ovuc qalan ermənini satan və türklərin köməyi ilə onları məhv etmək istəyən insanlar gəlibsə, mən nə etməliyəm?", - deyə o qeyd edib. 

Ermənistan Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı deyib ki, o, artıq vətəndaşlıqdan məhrum edilib. Bu fonda o, respublikada yaşayan qohumları ilə vidalaşıb və bir daha vətəninə qayıtmayacağını vurğulayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR