• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kvrivişvili Gürcüstan Baş nazirinin müavini oldu

SİYASƏT

07 Oktyabr 2026 | 12:55 | Müəllif: Əli Hüseynov

Kvrivişvili Gürcüstan Baş nazirinin müavini oldu

Mariam Kvrivişvili Gürcüstan Baş nazirinin müavini vəzifəsini icra edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazirin sözlərinə görə, M.Kvrivişviliyə Baş nazirin müavini vəzifəsinin həvalə olunması onun gələcək fəaliyyətinə və iqtisadi sektorun daha da gücləndirilməsinə töhfə verəcək.

İ.Kobaxidze M.Kvrivişvilini yeni vəzifə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

"Qərarımız barədə sizə məlumat vermək istərdim. Xanım Mariam Kvrivişviliyə Gürcüstan Baş nazirinin müavini vəzifəsi həvalə ediləcək. Bu, ona gələcəkdə daha uğurlu fəaliyyətində və iqtisadi sektorun daha da gücləndirilməsində kömək edəcək", – deyə Baş nazir bildirib.

Qeyd edək ki, M.Kvrivişvili Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026