• Bakı 33° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Hakan Fidan: "Məkkə Sazişi 2 il 8 ay ərzində hazırlanıb"

SİYASƏT

09 Avqust 2026 | 11:04

Hakan Fidan: Məkkə Sazişi 2 il 8 ay ərzində hazırlanıb

“Məkkə Birgə Müdafiə Sazişi üzrə hazırlıq prosesi 2 il 8 ay davam edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, bu müddət ərzində tərəfdaş və region ölkələri ilə məsələni fasiləsiz müzakirə etdiklərini deyib.

Fidanın sözlərinə görə, saziş texniki baxımdan NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni prinsipə əsaslanır. O bildirib ki, məqsəd ölkələr arasında qarşılıqlı müdafiə və təhlükəsizlik təminatı yaratmaqdır.

Nazir qeyd edib ki, Türkiyə 1952-ci ildən NATO üzvüdür və alyansın əsas çəkindirici gücü müdafiə qabiliyyətinə əsaslanır. Onun sözlərinə görə, müharibə və zorakılıq regionların inkişafına mane olan əsas amillərdəndir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026