• Bakı 30° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Oyunçulara öz pəhrizlərini seçməyi qadağan etdi

İDMAN

09 Avqust 2026 | 16:51

Oyunçulara öz pəhrizlərini seçməyi qadağan etdi

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo klubda intizamı sərtləşdirib, oyunçuların qidalanması və bərpası üçün yeni qaydalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Joze Feliks Dias sosial mediada məlumat verib.

Mənbənin məlumatına görə, Madrid klubu Mourinyonun rəhbərliyi altında komanda daxilində nizam-intizamı yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirir. Oyunçulara öz pəhrizlərini seçmək qadağandır: menyular artıq təsdiq edilmiş cədvələ uyğun olaraq tam ştatlı diyetoloq tərəfindən hazırlanır. Məşqə bir dəqiqə belə gecikmək idman zalında fərdi məşqlərlə cəzalandırılır – heç bir istisnaya yol verilmir.

Bundan əlavə, oyunçular zədələrini yalnız klubun məşq mərkəzində, komandanın tibb işçilərinin nəzarəti altında, kənar mütəxəssislərin iştirakı olmadan sağaltmalıdırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026