• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sarı vərəqə limitini pozan 4 klub cərimələndi

İDMAN

08 Sentyabr 2026 | 12:31 | Müəllif: Əli Hüseynov

Sarı vərəqə limitini pozan 4 klub cərimələndi

Misli Premyer Liqasının IV turunda futbolçuları sarı vərəqə limitini pozan 4 klub ümumilikdə 2 800 manat cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat məbləğində cərimələnib.

Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” qarşılaşmasında da analoji hal qeydə alınıb. Meydan sahiblərinin 5, qonaqların isə 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 700 manat cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR