• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?

İDMAN

08 Sentyabr 2026 | 14:40 | Müəllif: Əli Hüseynov

Bakı Olimpiya Stadionu nə vaxt hazır olacaq?

"Sabah"ın UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə start verilib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq örtüyün üst təbəqəsi çıxarılıb. Meydançaya qum təbəqəsi vurulmaqla yeni səviyyə verilir.

Artıq ot örtüyü üçün təbii rulonlar sifariş edilib. Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilib.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəyi oyunla start verəcək. Azərbaycan çempionu ilk ev matçına isə oktyabrın 13-də çıxacaq. Liqa mərhələsinin II turuna təsadüf edəcək görüşdə rəqib Çexiyanın "Slaviya Praqa" komandası olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026